Sentyabrda Rusiya neftinin qiyməti kəskin ucuzlaşıb

2024-cü ilin sentyabr ayında Rusiyanın əsas ixrac məhsulu olan Ural markalı neftin orta qiyməti 63,57 dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlayıb.

Nazirliyin məlumatına görə, apreldə Ural neftinin qiyməti 74,98 dollar, may ayında 67,37 dollar, iyunda 69,58 dollar, iyulda 74,01 dollar, avqustda 72,07 dollar təşkil edib.

Musavat.com

04.10.2024 21:57
442