ABŞ Rusiyanın Ukrayna cəbhəsində əmrə tabe olmayan əsgərləri öldürdüyünü iddia edib.
Musavat.com xəbər verir ki, bu məlumatı Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Kirbi mətbuat brifinqində açıqlayıb.
O iddia edib ki, rus komandirlər Ukraynanın artilleriya atəşi nəticəsində geri çəkilməyə çalışan bütün əsgərləri öldürməklə hədələyir:
"Rus ordusunun əmrə əməl olmayan əsgərləri öldürdüyünə dair məlumatımız var. Əmrlərə tabe olmaq istəməyən əsgərlərin edam edilməsini qınamalıyıq. Onları ölümlə hədələmək barbarlıqdır".
Kirbi vurğulayıb ki, Rusiya ordusunun əsgərləri arasında mənəvi-psixoloji vəziyyət olduqca aşağıdır.
Musavat.com