Rusiya ordusunun Kursk vilayətinin Ukrayna ilə sərhəddə yerləşən ərazilərdəndən geri çəkildiyi iddia edilir.
Musavat.com xəbər verir ki, bu barədə Rus KİV-ləri məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Rusiya SQ-nin Tetkino istiqamətində yerləşən bölmələri Seym çayından təminatın həyata keçirilməsinin riskli olmasını və mühasirəyə düşmə ehtimalını nəzərə alaraq Ukrayna ilə sərhədin bir hissəsindən geri çəkilib.
Xəbər hələlik rəsmi mənbələrdən təsdiq və ya təkzib edilməyib.
Musavat.com