• Petisiya absurdunun sonu...
• “İqtisadçı, alim, professor, beynəlxalq təşkilatlarda təmsilçilik, xarici universitetlərdə müəllimliklə” bağlı yalanlar
• Qubad İbadoğlu ilə bağlı dezinformasiya xorunun ifaçıları ilə bağlı paradoks: həqiqəti araşdırmağa “nə oxumuşlar, nə də oxumamışlar” cəhd etmir...
• “İqtisadi Tədqiqatlar Mərkəzi” (İTM): nəhəng donorların qrant layihələrinin icra edən təşkilat...
• “Beynəlxalq fəaliyyət”lə bağlı CV-lərdəki saxta qrafalar
• Son bir ayın təzə yalanları..
• Gizlədilən fəaliyyətlər, səbəblər..
• “Dünyanın nüfuzlu universtetlərinin professoru” ifadəsi - uydurmadır.. İbadoğlu özü getməyib, dəvət edilməyib, “sürgündəki mühacir alimə” yardım siyasəti çərçivəsində göndərilib..Yardım məqsədi ilə “qonaq/ziyarətçi, müsafir, dəvət edilmiş professor” kurslarına göndərilən şəxs özünü ömürlük “alim- professor”adlandıra bilməz...
• Ən son-təzə saxtakarlıq:Q. İbadoğlunun özünü sənədsiz-sübutsuz “iqtisad professor” elan edib.
• Q. İbadoğlunun real statusu; yeni yaranan “iqtisadi dezinformasiya, saxtakarlığın siyasi iqtisadı” sahəsinin Azərbaycanda təmsil edir
Vətən müharibəsindəki Zəfərdən sonra, ölkəmiz şiddətli dezinformasiya müharibəsi ilə üz-üzədir. Savaş meydanında üzbəüz döyüşdən fərqli olaraq, görünməz, maskalanmış düşmənlərin apardığı dezinformasiya müharibəsində qalib gəlmək üçün fake-saxta xəbərləri, onların arxasında duranların aşkarlanması, məqsədlərinin anında və çevik ifşası, cəmiyyətə əsl kimliyinin göstərilməsi kimi hücumçu mövqeyinə alternativ yoxdur..
ölkəmizə qarşı aparılan hibrid müharibənin yeni fazasında məhz bu mövqenin vacibliyini nəzərə alaraq, “Dezinformasiyaya qarşı mübarizə, ifşa detektoru” Layihəsi həyata keçirilir. Gündəmin aqressiv tirajlanan Qubad İbadoğlu mövzusu, onun ixtisas, vəzifə, təmsilçilik və s. fəaliyyətləri ilə bağlı işlədilən “professor, böyük alim, iqtisadçı” və s. ifadələrin saxtakarlıq və yalan olması faktlarla təqdim edilir. Q.İbadoğlunun son 5-6 ildə demək olar gizlin qalan “siyasi mühacirət” fəaliyyəti, Türkiyəni hədəfə alaraq yaradılan qlobal şəbəkəyə qoşulmaq üçün “hicrət” etməsi, “sürgündəki alim” statusunu necə və nə məqsədlə alması ilə bağlı faktlar təqdim edilir. Dünya erməniliyinin, onu himayə edən ölkələrin, təsisçisi və maliyyəçisi olduğu, yönləndirdiyi şəbəkə ilə işbirliyi, Azərbaycana qarşı dezinformasiya cəbhəsində, təfərrüatlı hazırlanmış siyasi ssenarilərdə yer alması faktlarla göstərilir.
Vətən müharibəsinin üzbəüz döyüş cəbhəsində qalib gələn ölkəmiz haqlı Zəfərinə görə, Postmüharibə dövrünün dezinformasiya cəbhəsində, yalan saçan DÜNYA HÖRÜMÇƏK TORU-nun, görünməyən qlobal düşmənin çapraz hibrid atəşləri-böhtan kononadasına hədəf seçilib. Dezinformasiya atəşindən qorunmaq üçün “Dəmir Günbəz”-ağı-qaradan seçən vətəndaş, Azərbaycan xalqının müdrikliyi, müqavimətidir. Xalqımız hər zaman olduğu kimi, son iftira və yalanların arxasındakı əsl gerçəkləri, çılpaq faktlarla görməyə, qiymətləndirməyə həmişə qadirdir.
Digər mühüm təkzibolunmaz faktlar, dövlətimizə qarşı xarici kononada hücumunun əsas isimləri və Fetonun Səssiz Dirilişi... “Musavat.com”un sabahkı sayında...