"Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı".
Musavat.com yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
Aparıcı ad çəkmədən 3 il öncə Zəfər günündə ona pislik edən insana səslənib:
"Zəfər günü oyun qurub məni efirə çıxmağa qoymadılar. Onu heç vaxt bağışlamaram. Nə olursa, olsun. Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı.
Mən vaxtilə ermənilərin törətdiyi vəhşilikləri gözümlə görmüşəm. O ağır günlər heç vaxt yadımdan çıxmır.
Atam səngərdə kəndi qoruyurdu, üzünü görmürdük, gecə-gündüz növbə çəkirdilər. Ona görə də deyirəm, səni o dünyada da bağışlamayacağam. Bunu bil".