Seneqalın cənubunda qanunsuz miqrantları daşıyan qayığın aşması nəticəsində azı 8 nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ziqinçor bölgəsindəki Kafutin rayonunun sahillərində baş verib.
Regionun qubernatoru Guej Dioufin jurnalistlərə verdiyi məlumata görə, gəmidə 100-dən çox miqrant olub, onlardan 92-si xilas edilib.
Faktla bağlı araşdırma aparılır.