Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı paylaşım edib.
Sənətçinin doğum günündə onun məzarına əklil və tac qoyan Tolik səhifəsində bu sözləri yazıb:
"Yaşasaydın, 81 yaşın tamam olacaqdı. Ad günü keçirməsəydin belə, yaşadığın ünvana yüzlərlə güllər, hədiyyələr gələcəkdi. Bütün instaqramda olan şou-biznes əhli səni əsas səhifələrində təbrik edəcəkdilər. Çünki sən əsas fiqur idin. Sənətin də, sözün də hamı üçün keçərli idi. Sən getdin bəzilərinin qapıları, bəzilərinin də dili açıldı. Amma heç kəs İlhamə Quliyeva ola bilmədi. Allah sənə rəhmət eləsin, sənətkar! Tacı da əbəs yerə əklilinin üstünə qoymadım. Səndən sonra heç kim o tacı daşıya bilmədi". (Axşam.az)