Semyon Peqov minaya düşdü - VİDEO

Semyon Peqovun minaya düşdüyü məlum olub. O, hadisə nəticəsində ayağından yaralanıb.

xxx

Ermənipərəst hərbi jurnalist Semyon Peqov Ukraynada yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Peqovun yerləşdirildiyi Donetskin Travma Mərkəzindən bildirilib.

Hərbi jurnalist hazırda ayağındakı yara ilə Travma Mərkəzində müalicədədir. O, yaxın saatlarda əməliyyat olunacaq.

Peqovun vəziyyəti orta ağır qiymətləndirilir.

23.10.2022 20:18
3746