Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya GƏTİRİLİR

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir.

Musavat.com xəbər verir ki, bunu mərhumun oğlu Samir Xanbabayev Bizim.Media-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, atası "Qurd qapısı" məzarlığında dəfn ediləcək.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev qaraciyərində yaranan problemdən əziyyət çəkirdi.

14.01.2025 00:10
11300