Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Şəmkir rayonunda minik avtomobili hərəkətdə olan zaman qarşıda olan traktorun qoşqusuna (xeder) çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan 1982-ci il təvəllüdlü L.Əliyeva və 1973-cü il təvəllüdlü F.Ağayeva xəsarət alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

30.06.2022 12:21
299