Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.
Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində başverdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.