Şəmkirdə 51 yaşlı kişini qatar vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən 51 yaşlı Əliyev Elvarı vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 51 yaşlı kişi hadisə vaxtə sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.