Şəmkirdə qəza olub, ölən var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 37 yaşlı Ramiz Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

12.02.2023 19:30
688