Şəmkirdə qadın sirkə turşusundan zəhərlənib, vəziyyəti ağırdır

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib.

1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

11.12.2022 17:00
506