Şəmkirdə piyadanı vuran avtomobil, daha bir qəza törədib

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə Şəmkir şəhərinin 14-cü küçəsində qeydə alınıb.

Hərəkətədə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü N.Qədimovanı vurub.

Sürücü idarəetdiyi "VAZ" markalı minik maşını ilə az yaşlını xəstəxanaya aparakən "Lexus"markalı minik avtomobilli ilə də toqquşub.

Nəticədə 10 yaşlı piyada və "Lexsus"sərnişini 1983-cü il təvəllüdlü S.Aslanova xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.\\apa

25.08.2024 22:14
416