Şəmkirdə intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Ayşən Həsənova yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Onun asılmış meyiti ailəsi tapıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.