Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında silah-sursat tapılıb

Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında silah-sursat tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında 1 ədəd “F-1” qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.

06.01.2024 11:23
304