Şəmkirdə AĞIR QƏZA - xəsarət alanlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Xəsarət alanların şəxsiyyəti və hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

12.07.2022 23:23
414