Şəmkirdə 38 yaşlı kişi bıçaq xəsarəti alıb

Şəmkirdə 38 yaşlı kişi bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əliyaqublu kənd sakini, 1984-cü il təvəllüdlü Taleh İsfəndiyarov sol gicgah nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Özünün deməsinə görə, tanımadığı şəxs tərəfindən səbəbsiz yerə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

18.11.2022 01:09
396