Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərruatları məlum olub.
Qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mühahisələri olub.
Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərində son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.
Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.