Şəmkirdə 26 yaşlı qadın naməlum şəraitdə xəsarət alıb

Şəmkir rayon sakini, 26 yaşlı L.Məsimova kəsici ailətlə qarın nahiyəsindən daxilə keçən kəsilmiş-deşilmiş xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Qadının hansı şəraitdə xəsarət aldığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

14.10.2022 22:57
565