Şəmkirdə 25 yaşlı qızı avtomobil vuraraq öldürüb

Şəmkirdə 25 yaşlı qızı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. O, aldığı xəsarətdən komaya düşüb və ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

12.02.2023 00:57
473