Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.
DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb. Ünvana baxış zamanı oradan 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Musavat.com