Səməd Səmədovdan sonra özünə QADAĞA qoydu

"Günü-gündən yaxşılaşıram. Hər şey yoluna düşür. Müalicəmi alıram. Əməliyyat olundum, çətin deyildi. Yüngül keçdi. Qəfildən şiş əmələ gəldiyini hiss etdim". 

Bu sözləri müğənni Sevda Əliqızı "Qonaqcanlı verilişində deyib.

Onkoloji xəstəlikdən əziyyət çəkən ifaçı hazırda səhhətinin yaxşı olduğunu söyləyib. 

S.Əliqızı ayrıldığı həyat yoldaşından bəhs edib:

"İkinci dəfə ailə quranda 7 il sənətə ara verdim. Ailəyə hörmətdən etdim. Oxumağımı istəmədi, mən də oturdum evdə. 7 ildən sonra qayınanam, dayıları, qohumları dedilər ki, bu cür sənəti olanı evdə saxlamağın düzgün deyil. Özü aparıb, özü gətirirdi. Razılıq verməsəydi oxumazdım. Hər şeydən vacib ailədir. Hər zaman ailəni üstün tutmuşam, amma təəssüflər olsun ki... İkinci nikahımdan övladım yoxdur".

Sənətçi duet ortağı, mərhum Xalq artisti Səməd Səmədovdan söz açıb:

"Ondan sonra duet təklifi aldım. Amma özümə söz verdim ki, bir daha duet oxumayacağam. Hər ad günündə, bayramlarda gedib onun məzarını ziyarət edirəm. Ailəsi ilə çox yaxınam, iki gündən bir həyat yoldaşı İradə xanımla danışıram". (Axşam.az)

09.07.2024 20:41
1201