Günlərdir Türkiyənin paytaxtında yağış yağması şəhərdə nəqliyyatı iflic edib, insanların gediş-gəlişinə problem yaranıb. Lakin hər vəziyyətdə əyləncəsindən qalmayan insanlar gündəm olmağı bacarırlar.
Musavat.com İHA-ya istinadən xəbər verir ki, Ankarada Keçiörən ərazisində iki sakin selin ortasında masa qurub, dönər-ayran ziyafəti edib.
Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musavat.com