Fotoqraf sel sularının apardığı iki azyaşlının həyatını xilas edib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, insident Omanın Bəhla şəhərində yaşanıb.
Şəkil çəkmək üçün hadisə yerində olan fotoqraf Əli bin Nasser Əl-Vardi boğulan uşaqları xials etmək üçün düşünmədən suya girib.
Ətrafdakı şəxslər də hər vasitə ilə ona yardım etməyə çalışıblar.