Selçuk Bayraktar Xocalı soyqırımı barədə: "Unutmadıq, unutmayacağıq"

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Musavat.com xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.

26.02.2024 16:56
465