Selcuk Bayraktar: "Qarabağda türkün gücünü hamı gördü"

“Qarabağda türkün gücünü hamı gördü”.

Bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına (PUA) sahibdir: “Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. PUA-ları idarə edən azərbaycanlı pilotlar türkün gücünü bütün dünyaya göstərdi. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldi. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm də şəhid və qazilərimiz sayəsində mümkün oldu”.

S.Bayraktar həmçinin Azərbaycan Ordusunun Qarabağdakı son antiterror tədbirlərini də yaxından izlədiyini bildirib: “Biz bu zəfərlərə sadəcə texnologiyamız və dualarımızla dəstək olduq”.//Report

02.10.2023 17:34
357