Şəkidə zəncirvari qəza olub - yaralılar var

Şəkidə piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanmış "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb. Həmin vaxt avtomobillərin yanında dayanan iki nəfər maşınların arasında qalıb. Ayaqları sınan piyadalar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

19.10.2022 19:58
932