Aprelin 15-də itkin düşən Şəki rayon sakini, 30 yaşlı Tünzalə Məmmədova tapılıb.
"Report"un xəbərinə görə, rayonun Zunud kəndində yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedən qadın könüllü şəkildə polisə gəlib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu "Report"a təsdiqləyib.