Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəki rayonunda maşın piyadanı vuraraq öldürüb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.

Piyada rayonun Aşağı Göynük kənd sakini 1980-cı il təvəllüdlü Rasim Şəhmərdan oğlu Əlimərdanovdur. R.Əlimərdanov “VAZ 21011” markalı minik avtomobili tərəfindən vurulub.

Avtomobili idarə edən şəxs isə rayonun Baş Göynük kənd sakini Faiq Vəliyevdir.

18.12.2022 21:00
496