Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Sarıca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.