Şəkidə ağır qəza - 6 nəfər xəsarət aldı

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Daşqaya deyilən ərazisində olub.

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

03.01.2023 17:48
418