Səhnədə Narindən danışıb ağladı, tamaşaçının reaksiyasına əsəbiləşdi

Türk müğənni Melike Şahinin konsertində duyğulu anlar yaşanıb.

Axşam.az xəbər verir ki, ifaçı səhnədə olarkən günlərdir itkin düşən və ötən gün meyiti tapılan 8 yaşlı Narin cinayətinə diqqət çəkib. O, danışarkən göz yaşlarına hakim ola bilməyib.

Bu zaman tamaşaçılardan biri Melikeyə "Ağlama" deyə, qışqırıb. Müğənni ona sərt reaksiya verib və "Səndən soruşmayacağam" deyə, bildirib. Onun cavabı alqışlanıb.

Qeyd edək ki, Narin Güranın cinayətində saxlanılanların sayı 24-ə çatıb. Onlar arasında Narinin anası, atası, qardaşı və əmiləri də var.

@@TVmusavat/95194@@

09.09.2024 17:47
839