Şəhidin qardaşı faciəli şəkildə vəfat etdi - toyu olacaqdı - FOTO

Mingəçevir sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Bakıda qeydə alınıb.

Belə ki, paytaxtda mühafizəçi vəzifəsində çalışan 24 yaşlı Elvin Qurban oğlu Tağızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun cənazəsi hazırda Mingəçevir şəhərinə aparılır.

Qeyd edək ki, E.Tağızadə ötən ilin sentyabrında antiterror əməliyyatları zamanı şəhid olmuş Cahangir Tağızadənin qardaşıdır. O, nişanlı imiş və şəhid qardaşının il mərasimindən sonra toyunun olacağı gözlənilirdi. Ailənin Elvin və Cahangirdən başqa övladı olmayıb.

07.05.2024 16:35
1215