Şəhidin 3 yaşlı bacısı qızı faciəvi şəkildə ÖLDÜ - FOTO

Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.

Musavat.com sosial mediada yayılan məlumatlara əsasən xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdulova Xədicə İsmət qızı kənd ərazisindən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X.Abdulova 2021-ci ildə şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimovun bacısı qızıdır. O, Cəlilabad istiqamətində sərhəd pozucularının qarşısını alarkən aldığı güllə yarasından şəhid olub.

Musavat.com

14.10.2023 17:00
950