İranın rəsmi xəbər agentliyi ISNA aprelin 26-da Bəndər-Abbas şəhərində baş verən dəhşətli partlayışla bağlı yeni görüntüləri yayımlayıb. Agentliyin paylaşdığı kadrlarda Şəhid Rəcai limanının partlayışdan 10 gün əvvəl – aprelin 16-da və 6 gün sonra – mayın 2-də çəkilmiş son vəziyyəti əks olunur.
Musavat.com "Azad İran" Telegram kanalına istinadən həmin görüntüləri təqdim edir:
@@TVmusavat/114325@@
Xatırladaq ki, aprelin 26-da İranın cənubundakı strateji əhəmiyyətə malik Şəhid Rəcai limanında güclü partlayış baş verib. Rəsmi və qeyri-rəsmi mənbələrin məlumatına görə, hadisə nəticəsində 100 nəfərə yaxın insan həlak olub, 1200-dən çox şəxs isə yaralanıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin ehtimallara görə, partlayış texniki nasazlıq və təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar baş verə bilər.
Musavat.com