Şəhid Mehdi Fərzullazadənin anım günü qeyd olundu - FOTOLAR

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Adil Əliyev, müavinləri, şəhid ailələri və qazilər Mehdi Fərzullazadənin mövlud tədbirində iştirak ediblər.

Musavat.com xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin hörmət və ehtiramla yad olunduğu tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qəhrəmanlarımızın İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi şücaətin hesabına bu gün torpaqlarımızın düşmən işğalından azad olunmasını bildirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlamış və 44 gün davam edən Zəfər yürüşümüz ərazi bütövlüyümüzün bərpa olunması ilə yekunlaşdığını bildirən Adil Əliyev, bu gün şanlı bayrağımızın Vətən göylərində böyük məğrurluqla dalğalanmasını qeyd edib. Şəhid ailələrinin və qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olmasını bildirən İcra başçısı, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Qeyd edək ki, şəhid Mehdi Fərzullazadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuş, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

27.07.2024 17:52
743