Şəhid Əsəd Məmmədovun nəşi ailəsinə təhvil verildi - VİDEO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra Füzulidə qalıqları tapılan Əsəd Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib.

News24.az xəbər verir ki, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir.

Mərasimə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri qatılıb. Vida mərasimindən sonra şəhid Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək.

Qeyd edək ki Məmmədov Əsəd Məmməd oğlu 09.09.1966 Ağstafa rayonu Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsində (31.08.1993) Füzuli rayonu Kürd-mahmudlu kəndində itkin düşüb.

11.09.2023 16:55
2020