Şəhid atasının müraciəti qısa zaman ərzində həllini tapdı

Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var - Şəhidlik zirvəsi.

44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub. Elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib. Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.

21.11.2023 12:33
834