Şəhid atası olan Xalq artistindən Zəfər Günü ilə bağlı təsirli çıxış - VİDEO

Şəhid baş leytenant Rövşən Nuruzadənin atası, Xalq artisti Əli Nur və xanımı Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik ediblər.

İkinci Şəhidlər xiyabanında yeni yaradılan Zəfər abidəsini ziyarət edən aktyor və həyat yoldaşı Zəfərlə bağlı ürək sözlərini Musavat.com-a deyiblər:

“Rövşən 1-ci Qarabağ müharibəsi vaxtı 9-cu sinifdə oxuyurdu. Qaçıb getmişdi Qarabağa. Oradan bir mayor Rövşəni götürüb gətirmişdi evə. İqtisad Universitetini bitirmişdi. Lakin oğlum dedi ki, ata, mən hərbçi olmaq istəyirəm. Akademiyanı oxudu və getdi Qarabağa. Ağdamda N saylı hərbi hissədə komandir kimi 10 il çalışıb.

Ehtiyata buraxılmışdı. Müharibə başlayan kimi gedib ərizə verib və yollanıb cəbhəyə. Heç bizim xəbərimiz olmayıb. Oradan bizə zəng edirdi ki, Zəngilandayam, Qubadlıdayam. Axırıncı dəfə Şuşada döyüşüb və orada da şəhid olub".

Şahanə Rəhimli
Musavat.com

08.11.2024 13:01
475