Şəhid anasından QİSAS ADDIM: Haqlıdırmı? - Paytaxt sakinlərindən REAKSİYALAR

Bu günlərdə sosial şəbəkələrdə yayılan bir videogörüntü cəmiyyətimizdə geniş rezonans doğurdu.

Həmin görüntülərdə bir qadının bir kişiyə qarşı alçaldıcı rəftar sərgilədiyi, onu diz çökdürərək üzr istəməyə məcbur etdiyi, təhqiramiz ifadələrlə ləyaqətini alçaltdığı açıq şəkildə görünür. Videoda qarşı tərəf, yəni kişi qadına yalvarır, onu bağışlamasını xahiş edir. Sonradan məlum oldu ki, həmin qadın 44 günlük Vətən müharibəsi şəhidinin anasıdır və oğlunun xatirə lövhəsinə hörmətsizlik edildiyini iddia etdiyi üçün bu cür addım atıb.

Bəs cəmiyyətimiz bir qadının, xüsusilə şəhid anasının bu cür davranışını necə qarşılayır? Onun bu addımını doğru sayırlarmı?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların möveyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafər Şahbazov
Musavat.com

27.05.2025 19:29
973