Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib.

Şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-si Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. (Qafqazinfo)


09.04.2024 10:51
575