Şəhid Anar Kazımovun anası vəfat etdi

Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova bir qədər əvvəl Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir.

Səyyarə Kazımovanın bir qədər əvvəl Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişdiyi vurğulanır.

25.09.2022 21:15
2339