Şəhid ailələrin və yaralıların borc öhdəliklərinə nə qədər vəsait xərclənib? - AÇIQLAMA

"İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən xərclənən vəsait 6 772 442.30 AZN təşkil edir".

Musavat.com xəbər verir ki, fondun rəhbəri Elvin Hüseynov bildirib ki, 2198 müraciət təmin edilib: "İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib".

Nigar Həsənli,
Musavat.com

08.12.2022 11:46
314