"YAŞAT" Fondunun tərəfindən şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 153 250 AZN vəsait xərclənib.
Musavat.com xəbər verir ki, "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında bildirib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 536 , itkin ailə üzvlərinin 7 və yaralıların 7 033 müraciəti olmaqla ümumilikdə 12 576 müraciət təmin edilib:
"27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir".
Nigar HƏSƏNLİ,
Musavat.com