Şəhid ailələri Türkiyəyə aparılır - Hüseyin Böyükfırat XÜSUSİ AÇIQLAMA yaydı

Azərbaycan şəhid ailələrinin üzvləri Türkiyəyə aparılır. Bununla bağlı Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) başqanı Hüseyin Büyükfırat xüsusi açıqlama yayıb.

Musavat.com-a göndərilən xüsusi açıqlamadan bəlli olur ki, TÜİB YAŞAT Fondu ilə bərabər ənənəvi layihəni davam etdirir. Belə ki, YAŞAT Fondu və TÜİB-in birgə layihəsi çərçivəsində artıq bir neçə dəfə bu istiqamətdə faydalı və tarixi fəaliyyət həyata keçirilib. Bu, növbəti addımdır.

Musavat.com xüsusi açıqlamanı və səfərin proqramını təqdim edir: 

"2020-ci ildə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində böyük rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsi altında və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçileri Birliyi (TÜİB) Başqanı Hüseyn Büyükfıratın təşəbbüsü ilə “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması yaradılıb. Burada məqsəd Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən, bizə əmanət olunan qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı göstərmək, şəhidlərimizin əziz xatirəsini yaşatmaq olub. Bu çərçivədə Azərbaycanda və Türkiyədə bir çox layihələr həyata keçirilib. 

Screenshot_2.png (653 KB)

NƏLƏR EDİLİB?

Platforma yarandığı ilk dövrdən indiyədək 33 şəhər və rayonda 2300 şəhid və veteran ailəsini ziyarət edərək onlara mənəvi dəstək olub.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan “Qardaş Ailə” layihəsi çərçivəsində 9 şəhid ailəsi Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkəsir, İsparta və Kayseri şəhərlərinə səfər ediblər. Onlar qardaş ölkənin şəhid ailələrini ziyarət edib, dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib, xoş təəssüratlarla qayıdıblar.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərindən 17 şəhid ailəsi Azərbaycana dəvət olunub. Səfər zamanı Bursa şəhid ailələri dövlət qurumları tərəfindən qəbul edilib, Azərbaycanın mədəni-tarixi irsi ilə yaxından tanış olub, Tərtər-Ağdam bölgəsində olub, azərbaycanlı şəhid ailələri ilə görüşüb, onların ortaq dərdini bölüşüblər.

Bu təşəbbüsün davamı olaraq “YAŞAT” fondu ilə birlikdə 1915-ci ildə Ənvər Paşanın göstərişi ilə yaradılan Türkiyə Müharibə Əlilləri, Qaziləri, Şəhid Dul və Yetimlər Dərnəyinin Bursa və Ankara şöbələrindən 28 şəhid ailəsi üzvü Azərbaycana səfər edib. Bu çərçivədə türk şəhid ailələri 35 azərbaycanlı şəhid ailəsi üzvü ilə bir araya gəlib. “Bir millət, bir ürək” şüarı ilə həyata keçirilən layihə çərçivəsində informasiya, mədəni mübadilə və dəstək fəaliyyətləri ilə bağlı birgə müzakirələr aparılıb və Şuşa şəhərinə səfər edilib.

Təxminən 70 iştirakçı Cıdır Düzü, Molla Pənah Vaqifin muzey-türbə kompleksi, Şuşa qalası, İsa bulağı, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün ev-muzeyinə səyahət edib. 

Screenshot_4.png (1006 KB)

Bundan əlavə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) və “YAŞAT” Fondu birlikdə “Aypara-ulduz” düşərgəsi çərçivəsində 15 azərbaycanlı şəhid övladını İstanbul və Çanaqqala Yay Düşərgələrinə göndərib. Layihə Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın dəstəyi ilə həyata keçirilib. Düşərgənin məqsədi gənclərin mədəni və təcrübə mübadiləsi, yeni dostluqlar qurmaq və beynəlxalq mühitlə tanış olmaqdan ibarət idi. Layihə uğurla başa çatdırılıb və davam etdirilməsi planlaşdırılır.

Bundan əlavə, “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində hazırda TÜİB-in dəstəyi ilə Türkiyənin Sivas Cümhuriyyət Universitetində 19 qazi və şəhid övladı təhsil alır. 

Screenshot_1.png (795 KB)

TÜİB, YAŞAT VƏ AZAL-IN İSTİQAMƏTİ ANKARA, ZƏFƏR BAYRAMIDIR

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) və “YAŞAT” Fondunun birgə təşkilatçılığı və Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” ilə əməkdaşlıq çərçivəsində şəhidlərin ailə üzvlərinin Türkiyəyə gətirilməsinə başlanılıb. 28 avqust və 2 sentyabr 2024-cü ildə 30 Avqust Zəfər Bayramı münasibəti ilə Azərbaycanın şəhid ailələrinin təmsilçiləri Ankaraya səfər edəcəklər.

Şəhidlərin ailə üzvləri Türkiyə Cumhurbaşkanlığı Sarayını, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtkabiri və şəhərin görməli yerlərini ziyarət edəcəklər. Bundan əlavə, onlar Türkiyənin dövlət qurumları tərəfindən qəbul edilərək, Hərbi Akademiyanı bitirmiş türk şəhid ailələri ilə bir araya gələcəklər. 

Screenshot_3.png (944 KB)

TÜİB olaraq Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi hər zaman yad edir, böyük ehtiramla yad edir, şəhid ailələri və qaziləri ilə daim ünsiyyətdə olmağı özümüzə ən mühüm vəzifə və borc bilirik.

Layihələrimizin məqsədi Azərbaycan və Türkiyənin şəhid ailələrini və qazilərini bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızı daha da möhkəmləndirməkdir".

SƏFƏRİN PROQRAMI 

(28.08.2024-02.09.2024) 

28.08.2024, Çarşamba

18.30 Havaalanına hareket
20.15 Bakü’den kalkış (yerel saat)
20.55 Ankara’ya varış (yerel saat)
- İlci Residence Otel Konaklama (GMK Bulvarı No:135 Tandoğan / ÇANKAYA)

29.08.2024, Perşembe

09.00 Kahvaltı (İlci Residance Otel)
11.00 Savunma Bakanlığı ziyareti (Yahya Galip Caddesi, Bakanlıklar )
12.30 4’üncü Kolordu Komutanlığında
13.00 Öğle yemeği (4. Kol. Kom.lığı)
14.30 Cumhurbaşkanlığı Külliyesi ziyareti
16.30 Gençlik ve Spor Bakanlığı ziyareti (Örnek Mahallesi Oruç Reis Caddesi No:13 Altındağ)
17.30 Akşam yemeği (Gen.ve Spor Bkn.lığı) (Örnek Mahallesi Oruç Reis Caddesi No:13 Altındağ)

30.08.2024, Cuma

09.00 Kahvaltı (İlci Residance Otel)
10.30 Cebeci Şehitlik ziyareti
-- Öğle yemeği
16.45 Hacı Bayram Veli Camii mevlüt (Hacı Bayram Mahallesi Sarıbağ Sk. No:13 Altındağ)
- Akşam yemeği

31.08.2024, Cumartesi

09.00 Kahvaltı (İlci Residance Otel)
10.30 Anıtkabir ve Anıtkabır Müzesi ziyareti
13.00 Öğle yemeği (AÖÇ, Emniyet Mahallesi Yeni Çiftlik Caddesi No: 6-3 Yenimahalle)
- Atatürk Orman Çiftliği ziyareti
- Atatürk Evi Müzesi (Emniyet Mahallesi, Yeni Çiftlik Caddesi No: 6-3 Yenimahalle)
- Akşam yemeği

01.09.2024, Pazar

09.00 Kahvaltı (İlci Residance Otel)
Kültürel Gezi
- Ankara Etnografya Müzesi (Hacettepe Mah. Türk Ocağı Sokak No: 4 Ulus)
- 15 Temmuz Demokrasi Müzesi (Alpaslan Türkeş Cad. No: 18 Yenimahalle)
13.00 Öğle yemeği (Altınköy Açık Hava müzesi, Beşikkaya, 2022. Sk, 06230 Altındağ/Ankara)
- Serbest zaman
19.00 TÜİB Ankara ofisini ziyaret (Emniyet mahallesi, Yeni Çiftlik cad.No.9-Yenimahalle)
- Akşam yemeği (TÜİB Ankara ofisi) (Emniyet mahallesi, Yeni Çiftlik cad.No.9-Yenimahalle)

02.09.2024, Pazartesi

08.00 Kahvaltı (İlci Residance Otel)
09.30-10.30 Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği Gen. Mrk. Bşk. Mustafa Işık ve dernek temsilcilerini ziyareti (Kültür mah. Cemre sok. No: 12: kat 3 Kolej/Ankara)
11.00-12.00 Kara Harp Okulu ziyareti
- Öğle yemeği
- Akşam yemeği
20.00 Havaalanına hareket
22.55 Ankara’dan kalkış
02.25 Bakü’ye varış

Musavat.com

27.08.2024 22:08
796