Səhhəti ilə bağlı Nadirdən açıqlama

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Elgizlə izlə" proqramına zəng edərək xəstəxanalıq olduğunu deyib.

"Dünən klinikaya getdim, sistem köçürtdülər. Boğazımda qıcıqlanma var idi. Təzyiqim 190-a qalxmışdı. Bu gün də təzyiqim qalxıb və ürək döyüntüm aşağı düşüb. Həyat yoldaşım evdə müalicə edir. Pul, dövlət gəldi gedərdi, Allah can sağlığı versin" deyə, Qafarzadə bildirib.

07.05.2024 17:12
816