“Səfirliyimizi gül bağına çevirən can Azərbaycan!” - Video

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Bakıda yerləşən səfirliyinin önünə əklil qoyanlara təşəkkür edib.

Musavat.com xəbər verir ki, səfir bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“Dərdimizə şərik olan, “Səninləyik” deyərək başsağlığı verən, səfirliyimizi gül bağına çevirən can Azərbaycan!”, - deyə paylaşımda qeyd olunub.

13.02.2023 12:49
1364