Xəbər verdiyimiz kimi, ötən gün İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Sitayişi mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinə hücum ilə bağlı istintaqın yekunlaşdığını bildirib. O qeyd edib ki, istintaq yekunlaşıb və bu işdə eyni şəxs təqsirləndirilir.
Baş Prokururluğun mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, istintaqın yekunu ilə bağlı Baş Prokurorluğa hər hansı məlumat daxil olmayıb:
“Sorğuya cavab olaraq bildirilir ki, istintaqın yekunlaşması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda hər hansı məlumat yoxdur”.
Nigar HƏSƏNLİ,
Musavat.com